Xəzər Xəbər

Növbəli işləyənlərin beyni SÜRƏTLƏ QOCALIR 5 il sonra...

Cəmiyyət | 10:30 • 1 İyun 2020
Növbəli işləyənlərin beyni SÜRƏTLƏ QOCALIR

Fransız alimlər növbəli iş rejiminin beynin vaxtından əvvəl yaşlanmasına səbəb ola biləcəyi və zehni kütləşdirə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Türkiyə mətbuatı xəbər verir ki, növbəli işin beyin üzərindəki təsiri ilə bağlı aparılan araşdırmalar çərçivəsində, Fransada üç min nəfər üzərində yaddaş, düşünmə sürəti və idrak qabiliyyəti ölçən testlər tətbiq olunub.

Beynin funksiyalarında yaşlandıqca görülən geriləmə prosesinin növbəli işləyən insanlarda sürətləndiyi müşahidə edilib. Belə insanlarda idrak bacarıqlarının azalması təsirlərinin iş həyatının sona çatmasından sonra ən az daha 5 il davam etdiyi müəyyən olunub.

İdrak bacarıqlarının azalmasının qarşısını almaq üçün iş saatlarının nizamlı olması və səhiyyə idarələrinin buna laqeyd qalmamasının lazım olduğu bildirilir.

Mütəxəssislər ǝldǝ edilǝn nǝticǝlǝrin zehnin azalmasının müalicəsi baxımından əhəmiyyətli olduğunu düşünür. Bədən saatına zidd olan iş saatları xərçəngdən tutmuş piylənməyə qədər müxtəlif xəstəliklərin yaranmasına sǝbǝb olur./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
429 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti