Xəzər Xəbər

Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 117 mindən çox artıb

Dünya | 09:21 • 1 İyun 2020
Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 117 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı sutkada 117 mindən çox artaraq 5,9 milyonu keçib. Koronavirusdan ölənlərin sayı isə 4 mindən çox artaraq 367 mini keçib.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilib.


Mayın 31-də saat 12:00-a olan vəziyyətə görə, dünyada 5 934 936 yoluxma və 367 166 ölüm halı qeydə alınıb.Sutka ərzində daha 117 551 nəfər koronavirusa yoluxub, 4 461 nəfər ölüb.


Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 2 743 793 nəfər. Sutka ərzində həmin göstərici 66 293 nəfər artıb, ölənlərin sayı isə 3 094 nəfər artaraq 157 702 nəfərə çatıb.


Avropada ümumilikdə 2 142 547 yoluxma və 180 085 ölüm halı aşkarlanıb. 24 saat ərzində yoluxanların sayı 20 197, ölənlərin sayı isə 732 nəfər artb.


Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada yoluxanların sayı 505 001-ə çatıb, 12 353 ölüm faktı qeydə alınıb. Gün ərzində yoluxanların sayı 15 080 nəfər artıb, 275 nəfər ölüb.

Xəbər lenti