Minnesotada afroamerikalı Corc Floydun ölümündən sonra davam edən iğtişaşlar zamanı komendant saatı qüvvədə qalacaq.
Bu barədə ştatın qubernatoru Tim Walz Twitter səhifəsində yazıb.
O qeyd edib ki, məhdudlaşdırıcı tədbirlər ştatda bazar günü saat 20.00-dan bazar ertəsi səhər saat 6.00-dək tətbiq ediləcək.
Bundan əvvəl, bir çox şəhərdə 30 may şənbə günü, axşam saatlarında ölkənin şəhərlərində etirazların yayılması səbəbiylə komendant saatı tətbiq edilib.