Xəzər Xəbər

Şəkidə dolaşan ayı Altıağac milli parkına aparılacaq

Cəmiyyət | 11:34 • 31 May 2020
Şəkidə dolaşan ayı Altıağac milli parkına aparılacaq

"Ayı Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq. Əhalidən bir daha xahiş edirik ki, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, təmkinli olsunlar, onu hürkütməsinlər. Bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində zaman-zaman müşahidə olunur". 

Xezerxeber.az-ın xəbərinə görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O qeyd edib ki, qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir: "Bütün tədbirləri görməliyik ki, insanlar üçün təhlükə yaranmasın, eyni zamanda qonur ayıya da zərər dəyməsin. Ayının sağ-salamat Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür”.

Xəbər lenti