Xəzər Xəbər

Estoniya 22 ölkə ilə sərhədlərini açacaq

Dünya | 13:44 • 31 May 2020
Estoniya 22 ölkə ilə sərhədlərini açacaq

Estoniya iyunun 1-dən etibarən Avropa İttifaqının (Aİ) digər ölkələrindən, Şengen ölkələri və Böyük Britaniyadan gələn sərnişinlər üçün sərhədlərini yenidən açacaq.


Ölkə mayın 28-də 16 dövlətin vətəndaşlarının 14 günlük karantin keçməyəcəyini elan etsə də, növbəti gün həmin siyahını yeniləyərək bu ölkələrin sayını 22-yə çatdırıb.


Hökumətin qərarına əsasən, Avstriya, Bolqarıstan, Hollandiya, Xorvatiya, İslandiya, İtaliya, Yunanıstan, Kipr, Litva, Lüksemburq, Latviya, Norveç, Polşa, Fransa, Rumıniya, Almaniya, Slovakiya, Sloveniya, Finlandiya, Danimarka, Çexiya və Macarıstan vətəndaşları ölkəyə gəldikləri zaman 14 günlük karantin müddəti keçməyəcəklər.


Böyük Britaniya, İsveç, Belçika, İrlandiya, Portuqaliya, Malta və İspaniya vətəndaşları da, həmçinin Estoniyaya səfər edə biləcəklər. Lakin bu ölkələrin vətəndaşları 14 gün müddətində karantində qalmalı olacaqlar.

Xəbər lenti