Xəzər Xəbər

Beyləqanda kişi keçmiş arvadına kəsici alətlə hücum etdi

Region | 11:25 • 31 May 2020
Beyləqanda kişi keçmiş arvadına kəsici alətlə hücum etdi

Beyləqanda kişi keçmiş həyat yoldaşını öldürməyə cəhd edib.


Trend-in məlumatına görə, hadisə rayonun Mil qəsəbəsində baş verib.


Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Tahir Muradxanov münaqişə zəminində keçmiş həyat yoldaşı 1970-ci il təvəllüdlü Dilruba Cəfərova ilə mübahisə edib. Mübahisə zamanı T.Muradxanov ət doğramaq üçün nəzərdə tutulan kəsici alət olan çapacaqla D.Cəfərovanın baş və bədən nayihələrinə çoxsaylı zərbələr vurub.


Qadın ağır xəsarətlərlə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Xəbər lenti