Xəzər Xəbər

Biləsuvarda sərhəd zolağı boyunca taxıl sahələri yanıb

Region | 09:24 • 31 May 2020
Biləsuvarda sərhəd zolağı boyunca taxıl sahələri yanıb

Biləsuvar rayonu ərazisində, sərhəd zolağı boyunca 10 ha sahədə kol-kos və 1 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb.

FHN-dən xezerxeber.az-a bildiriblər ki, digər taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti