Xəzər Xəbər

Bakıda keçmiş məhkumlar avtomobildən oğurluq ediblər

Hadisə | 16:11 • 30 May 2020
Bakıda keçmiş məhkumlar avtomobildən oğurluq ediblər

Bakı şəhər sakini V.Aslanovun avtomobilindən noutbuk oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini V.Aslanovun "Audi” markalı avtomobilindən noutbuk oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini C.Həmidov və paytaxt sakinləri, əvvəllər məhkum olmuşlar S.Bayramov və A.Zamanov saxlanılıblar.

Xəbər lenti