Xəzər Xəbər

İngiltərə Premyer Liqasının tarixində ən çox qol vuran komandanın adı açıqlanıb

İdman | 16:03 • 30 May 2020
İngiltərə Premyer Liqasının tarixində ən çox qol vuran komandanın adı açıqlanıb

Futbol üzrə İngiltərə Premyer Liqasının tarixində ən çox qol vuran komandanın adı açıqlanıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, çempionatın tarixində ən məhsuldar komanda "Mançester Yunayted” klubudur. "Qırmızı şeytanlar” 2000 qolla tarixə düşüblər. İkinci pillədə 16 ildir çempionluğa həsrət qalan "Arsenal” komandası qərarlaşıb - 1895 qol. Üçüncü pillədə isə "Liverpul” komandası qərarlaşıb. Cari çempionatın lideri Premyer Liqa tarixində rəqib qapısına 1840 dəfə yol tapıb.

Xəbər lenti

Çox oxunanlar