Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Xezerxeber.az xəbər verir ki, saat 12.00-da başlayacaq iclasda AFFA, Peşəkar Futbol Liqası və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcəklər.
Toplantıda Azərbaycan Premyer Liqa klubları məşqlərinin və oyunlarının mümkün bərpası məsələsi müzakirə olunacaq.