Xəzər Xəbər

Ləki - Qəbələ dəmir yol xəttinin çəkilişi nə yerdədir? - VİDEO

Veb TV | 20:53 • 29 May 2020
Ləki - Qəbələ dəmir yol xəttinin çəkilişi nə yerdədir? -

Ləki stansiyası - Qəbələ dəmir yol xəttinin çəkilişi davam edir.

Xezerxeber.az-ın məlumatına görə, Ləki - Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb və işlərinin 70%-i tamamlanıb. Dəmir yolu xətti ox üzrə 42.3 km, yan yollarla birlikdə isə 44.49 km-dir.

Ümumilikdə, dəmir yolu xəttinin torpaq yatağının 98%-i və 23.24 km dəmir yolunun üst quruluşu üzrə tikinti-quraşdırma işləri tamamlanıb.

Həmçinin layihə üzrə nəzərdə tutulan Ağdaş dəmiryolu dayanacağı və Qəbələ dəmiryolu stansiyalarının tikintisi işləri davam etdirilir.

Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84600 paqonmetr metal hasarın çəkilməsi də nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti