Xəzər Xəbər

İt döyüşdürənlər həbs edilib - "İt döyüşü üçün böyük məbləğdə mərc edilib" - VİDEO

Veb TV | 19:38 • 29 May 2020
İt döyüşdürənlər həbs edilib -

Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilmiş it döyüşlərini əks etdirən videogörüntülər yayılıb.


Xezerxeber.az-ın məlumatına görə, məsələ dərhal nazirlik tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib. Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib və onlardan 4-ü Bakı şəhər sakinləri - Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıblar.


Bu arada qeyd edək ki, it döyüşlərində istifadə olunan ''american stuff''''pitbull'' cinsli itlər mühafizə olunaraq sığınacağa yerləşdirilib. Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin heyvan haqları üzrə inzibatçısı Fərid Mənsurov deyib ki, fermada saxlanılan 8 cins it ərazidən götürülərək İDEA İctimai Birliyinə aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar