Xəzər Xəbər

Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

Gündəm | 15:59 • 29 May 2020
 Hava şəraiti dəyişəcək  -

Mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Xəbər lenti