Xəzər Xəbər

Nazirlikdən açıqlama: Kombaynlar GPS-lə izlənəcək VİDEO

Veb TV | 20:33 • 28 May 2020
Nazirlikdən açıqlama: Kombaynlar GPS-lə izlənəcək

Bir neçə gün sonra ölkədə biçin prosesinə başlanacaq. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə , bu il biçində kombayn sarıdan çatışmazlıq olmayacaq. Dağlıq ərazilərdə biçin aparmaq üçün isə yeni növ kombaynlar alınacaq.



Bu il ölkədə biçin mövsümündə kombayn çatışmazlığı yaşanmayacaq. Bunu Xəzər Xəbər-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov dedi. Onun sözlərinə görə, biçini aparmaq üçün hazırda mövcud olan texnikanın sayı tələbata cavab verəcək qədərdir.


50 hektardan çox sahələr isə böyük təsərrüfat hesab olunduğuna görə bu sahələr həmin təsərrüfatların sahiblərinə məxsus kombaynlarla biçiləcək. Vüqar Hüseynov bildirdi ki, hansısa böyük təsərrüfatın ayrıca kombaynı yoxdursa, onlar da müraciət edərək güzəştli şərtlərlə bu texnikanı əldə edə bilərlər. Nazirliyin şöbə müdiri onu da dedi ki, dövlət büdcəsindən yeni ayrılan vəsaitə xüsusi kombaynlar alınacaq.



Biçin prosesinə başlamaq üçün isə hazırlıqlar tam başa çatıb və yeni mövsümə hər il olduğu kimi aran rayonlarından başlanacaq. Ən sonda isə dağlıq və dağətəyi rayonlardakı taxıl sahələri biçiləcək. Nazirlik rəsmisi onu da bildirdi ki, Aqrolizinq-ə məxsus texnikaların təyinata uyğun ərazidə işləməsinə nəzarət etmək üçün bu kombaynlara xüsusi cihazlar yerləşdirilib.


Onu da qeyd edək ki, yaxın günlərdə ölkə üzrə kütləvi taxıl biçini mövsümünə start veriləcək.


Xəbər lenti