Xəzər Xəbər

"İnter"dən Lautaro Martinezlə bağlı "Barselona"ya cavab: "Yalnız 1 şərtlə..."

İdman | 17:57 • 28 May 2020
"İnter"dən Lautaro Martinezlə bağlı "Barselona"ya cavab:

"İnter"in"Barselona"nın Lautaro Martinez üçün olan təklifinə cavabı bəlli olub.

"İnter"in idman direktoru Ausilio futbolçunun satılmadığını bildirib: "Barsa" Lautaro üçün bizimlə əlaqə saxlayıb. Onlarla yaxşı münasibətimiz olsa da, Lautaronun satılmadığını bildirmişik. "Barselona" bu transferi istəyirsə, sərbəst qalma məbləğini ödəməlidir. Bu qədər. Düşünürəm ki, dediklərim aydın oldu".

Qeyd edək ki, Lautaro Martinezin sərbəst qalma məbləği 111 milyon avrodur.

Xəbər lenti