Xəzər Xəbər

MY transferlər üçün kredit götürdü - 140 milyon

İdman | 16:47 • 28 May 2020
MY transferlər üçün kredit götürdü - 140 milyon

"Mançester Yunayted" 140 milyon funt sterlinq dəyərində kredit götürüb.


"Manchester Evening News" xəbər verir ki, MY bu məbləğ sayəsində yay "transfer pəncərəsi"ndə heyətini gücləndirməyi planlaşdırır.


Kredit xətti 2025-ci ilin aprelinə kimi açılıb. Əməliyyatın qəyyumu qismində "Bank of America" göstərilib.


Koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı futbola təsirini göstərməkdədi. "Mançester Yunayted"in 21 mayda yayımladığı son maliyyə hesabatında teleyayım, bilet və pərakəndə satış gəlirlərinin azalması, həmçinin klubun xalis borcunun 429,1 milyon funt sterlinqə qədər artması göstərilib.


Fanat.Az

Xəbər lenti