Xəzər Xəbər

Bərdədə nənə ilə nəvəni maşın vurdu - Ölən var FOTO

Hadisə | 12:24 • 28 May 2020
Bərdədə nənə ilə nəvəni maşın vurdu - Ölən var

Bərdədə piyadanın ölümüilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Uğurbəyli kəndində olub.

Kənd sakini, 1943-cü il təvəllüdlü BağırovaHəqiqət Qüdrət qızı nəvəsi - 2007-ci il təvəllüdlü Bağırova Məleykə Rövşən qızı ilə yolu keçmək istəyərkən, Vəliyev Sərhəd Vəli oğluidarə etdiyi "VAZ 2107” markalı minik avtomobili ilə onları vurub.

Ağır xəsarətlər alan qadın rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının nəvəsi isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti