Xəzər Xəbər

İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır VİDEO

Veb TV | 09:31 • 28 May 2020
İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır

28 May – Respublika Günü münasibətilə İstanbulun iki qitəsini birləşdirən "15 İyul Şəhidlər”, "Fatih Sultan Mehmet” və "Yavuz Sultan Səlim” körpüləri, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

Mayın 27-si və 28-ini əhatə edən tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi, Quru Yolları Baş İdarəsi və İstanbul Valiliyinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, Qalata Qülləsi tarixi boyu ilk dəfədir xarici ölkənin bayrağının rənglərinə bürünür.

Xəbər lenti