Xəzər Xəbər

Türkiyənin pandemiyadan sonraki dövrə keçidlə bağlı planı açıqlandı

Dünya | 15:24 • 27 May 2020
Türkiyənin pandemiyadan sonraki dövrə keçidlə bağlı planı açıqlandı

Türkiyənin yeni növ koronavirus pandemiyasından sonrakı dövrə keçid planı bəlli olub.

COVİD-19-la uğurlu mübarizə aparan Türkiyədə sosial məsafə qaydalarına uyğun qadağaların yumşaldılması və ümumiyyətlə normallaşma mərhələli şəkildə həyata keçirilir. Artıq ölkə pandemiyadan sonrakı dövrə addım atır.

Plana əsasən, mayın 28-dən etibarən Türkiyənin dəmir yolu və sürətli qatar sistemi fəaliyyətini bərpa edir. Hava nəqliyyatında isə iyunun dördündən etibarən daxili, 10-dan isə xarici reyslərin həyata keçirilməsi gözlənilir.

Mayın 29-da məscidlər ibadətə açılır. Mayın 31-dən hərbi qulluqçuların orduya çağırılması, iyunun 5-dən isə təxris olunması işlərinə başlanacaq.

Ölkənin təlim-tədris sistemi isə iyun ayından etibarən fəaliyyətini bərpa edəcək. Əhali arasında çox gözlənilən toy və bunun kimi digər şənliklərin keçirilməsinə isə iyulun 10-dan sonra icazə veriləcəyi gözlənilir./Azərtac

Xəbər lenti