Xəzər Xəbər

Koronavirusun ağır formada keçməsinin sirri tapıldı

Dünya | 15:16 • 27 May 2020
Koronavirusun ağır formada keçməsinin sirri tapıldı

Britaniyanın Ekseter və ABŞ-ın Konnektikut Universitetinin alimləri COVID-19-un ağır formasına yoluxma riski yaradan geni müəyyən ediblər.

Lenta.ru-nun məlumatına görə, elm adamları bu barədə "Journal of the American Medical Association” nəşrində məqalə dərc ediblər.

Məlum olub ki, Altsheymer xəstəliyini də meydana gətirən APOE (apolipoprotein E)zülalının iki qüsurlu nüsxəsi olan insanlarda koronavirus fəsadları riski iki dəfə artıqdır.

Əvvəllər alimlər demensiya sindromu (ağılın zəifləməsi) olanlarda COVID-19-un ağır formasına üç dəfə daha çox rast gəlindiyini müəyyən etmişdilər. Ancaq bu, qocalar evlərində virusun yüksək sürətlə yayılması ilə izah edilirdi.

Lakin yüz minlərlə insanın sağlamlığı və genetikası ilə bağlı məlumatların təhlilindən sonra APOE e4e4 genotipinin bu məsələdə vacib rolu sübut olunub./oxu.az

Xəbər lenti