Xəzər Xəbər

Milli Məclisin komissiya sədrlərinin maaşı açıqlandı

İqtisadiyyat | 11:43 • 27 May 2020
Milli Məclisin komissiya sədrlərinin maaşı açıqlandı

Milli Məclisin İntizam, Toponomiya və Hesablayıcı komissiyalarının sədrlərinin maaşı açıqlanıb.

"Milli Məclisi deputatının statusu haqqında" qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclisin komitə və komissiya sədri Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 80 faizi (1 980 manat) miqdarında aylıq vəzifə maaşı alır.

Qeyd edək ki, hazırda Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov, Toponimiya komissiyasının sədri isə İsa Həbibbəylidir. (report)

Xəbər lenti