Xəzər Xəbər

Gəncədə polis amansızlıqla qətlə yetirildi TƏFƏRRÜAT

Hadisə | 16:33 • 26 May 2020
Gəncədə polis amansızlıqla qətlə yetirildi

Gəncə şəhərində, Təbriz küçəsi, 48 saylı ünvanda kəsici-deşici alətlə öldürülən şəxs keçmiş polis olub.

XəzərXəbər-in məlumatına görə, mayın 26-da, saat 8 radələrində evində meyiti tapılan Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifov uzun illər Gəncə Baş Polis İdarəsində müstəntiq işləyib.

O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

Onun evində yeyib-içmək məclisindən sonra tanışı tərəfindən qətlə yetirildiyi bildirilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti