Xəzər Xəbər

Bakıda beşmərtəbəli yaşayış binasının DAMI UÇDU

Hadisə | 10:29 • 26 May 2020
Bakıda beşmərtəbəli yaşayış binasının DAMI UÇDU

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının damı uçub.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər qopan hissəni kəsib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Xəbər lenti