Xəzər Xəbər

Sərnişinlər tibbi maskalardan istifadə etmirlər VİDEO

Veb TV | 20:43 • 25 May 2020
Sərnişinlər tibbi maskalardan istifadə etmirlər

Karantin şəraitinin yumşaldılması ilə sosial təcrid qaydalarına əməl edənlərin sayı da azalıb. İctimai nəqliyyatda demək olar ki, əksər sərnişinlər tibbi maskalardan istifadə etmirlər. Xüsusilə də pik vaxtlarda sərnişinlə dolu avtobuslarda demək olar ki, sosial məsafə gözlənmir.


İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin əksəriyyəti tibbi maskalardan istifadə etmir. Halbuki yoluxma riskinin ən yüksək olduğu yerlərdən biri də ictimai nəqliyyatdır. Amma marşrut avtobuslarından istifadə edən bəzi sərnişinlər nə sosial məsafə saxlayır, nə də tibbi maska taxırlar.

 

Paytaxt ərazisində fəaliyyət göstərən marşrut avtobuslarında günün istənilən vaxtı tibbi maskadan istifadə etməyən sərnişinlərə rast gəlmək mümkündür.

 

 

 

Bəzi sərnişinlər isə maskanı hər hansı aksesuar kimi çantada saxlayırlar.

 

 

 

Əsl vətəndaş mövqeyi ortaya qoyaraq məsuliyyətlərini dərk edən sərnişinlər də var.

 

 

Sürücülər isə bildirirlər ki, avtobusdan istifadə edənlərin demək olar ki, yarısı maskadan istifadə edir. Axşam saatlarında isə ciddi çətinlik yaranır.

 

 

Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayev Xəzər Xəbər-ə açıqlamasında dedi ki, sıxlığın azaldılması məqsədilə avtobusların sayı 15% artırılıb. Üstəlik, daşıyıcılara göstəriş verilib ki, bütün ehtiyat avtobuslar da xəttə buraxılsın. Həmçinin dayanacaqlarda covid 19 virusundan qorunmaq üçün bütün tövsiyələr əks olunub. Konkret olaraq tibbi maskadan istifadəyə gəlincə isə, bu, vətəndaşların üzərinə düşən məsuliyyətdir...

 

 

Xəbər lenti