Xəzər Xəbər

Nə tibbi maska taxırlar, nə də ara məsafəsi saxlayırlar VİDEO

Veb TV | 20:21 • 25 May 2020
Nə tibbi maska taxırlar, nə də ara məsafəsi saxlayırlar

Koronavirus təhlükəsinin hələ də davam etdiyi bir vaxtda, ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına əməl etməyənlər çoxdur. Xüsusəndə Bakıda şəhərin mərkəzi hissələrində bəzi vətəndaşlar və ticarət obyektlərində çalışan şəxslər tibbi maskalardan istifadə etmirlər. Bununla yanaşı, ara məsafəsi saxlamayanlar da var.

Şagirdlər xatirə şəkili çəkdirmərk üçün bir-birinə yaxın məsafədə dayanıblar. Onlar nə tibbi maskadan istifadə ediblər, nə də ki, ara məsafəsi saxlayıblar. 

 

Şəhərin mərkəzində və ticarət obeyktlərində isə ümumiyyətlə tibbi maskadan istifadə edənlər azdır.Paytaxtın Səbail rayonu Nizami küçəsində keçirilən reyd zamanı əksər vətəndaşların xüsusi karantin rejimi qaydalarına əməl etmədiyi ortaya çıxdı.

 

Bu ərazidə fəaliyyət göstərən bir neçə obyektdə də metodiki göstərişdə əks olunan qaydalara demək olar ki,əməl edilmir.Məsələn, qaydalara görə,ticarət obyektlərində, xüsusən də satıcıların tibbi maskadan istifadə etməsi məcburidir.Ancaq reyd zamanı daxil olduğumuz bu obyektdə, satıcıların tibbi maskadan istifadə etmədiyi məlum oldu.Qaydaları pozamaq azmış kimi,mühafizə xidmətinin əməkdaşı çəkiliş qrupumuza mane olmağa da çalışdı.

 

Metronun İçərişəhər stansiyasının yaxınılığında keçirilən reyd zamanı da xüsusi karantin rejimi qaydalarını heçə sayıb, tibbi maskadan istifadə etməyənlər aşkarlandı. Xüsusən də, məktəblilərin bir-birinə yaxın məsafədə dayanaraq xatirə şəkili çəkdirməsi polis əməkdaşlarının gözündən yayınmadı.

 

Polis əməkdaşları avtobus dayanacaqlarında bir-biri ilə yaxın məsafədə dayanan və tibbi maskadan istifadə etməyən vətəndaşlara da xəbərdarlıq etdi.

 

Keçirilən reyd zamanı qaydaları pozan vətəndaşlar barəsində inzibati qaydada cərimə tətbiq edilməsə də onlara xəbərdarlıq olundu.


Xəbər lenti