Xəzər Xəbər

Tozlu-küləkli hava ilə bağlı həkimlərdən xəbərdarlıq VİDEO

Veb TV | 20:31 • 25 May 2020
Tozlu-küləkli hava ilə bağlı həkimlərdən xəbərdarlıq

Son günlər havadakı tozun miqdarı çoxalıb. Bu isə özünü küləklə daha çox biruzə verir. Belə hava isə ilk növbədə sağlamlığımızda ciddi fəsadlara yol aça bilər. Həkimlərin bununla bağlı xəbərdarlıqları var

Küləkli tozlu havada diqqətli olmaq lazımdır.Çünki belə hava şəraiti insan sağlamlığına bir başa mənfi təsir edir.

Həkimlərin sözlərinə görə küləkli gavadan tozun miqdarı çoxalır buda ilk növbədə göz və tənəffüs yollarında olan problemlərin daha ciddiləşməsinə səbəb olur.

Küləkli havanın ən çox təsir etdiyi orqanlardan biridə gözlərdir. Külək qarışıq tozların gözə təsiri gözdə bəzən sağalması çətin olan problemlərə yol açır.

Həkimlərin sözlərinə görə belə hava daha çox uşaq və yaşlılara tez təsirini göstərir.Ona görədə mümkün qədər belə havada küçələrə çıxmamaq tövsiyyə olunur.

Xəbər lenti