Xəzər Xəbər

Ukraynada koronavirusa yoluxanların sayı 21 mini ötüb

Dünya | 12:39 • 25 May 2020
Ukraynada koronavirusa yoluxanların sayı 21 mini ötüb

Ukraynada son sutkada 259 nəfər koronavirusa yoluxub, 6-sı isə ölüb.


Bu ölkənin Səhiyyə Nazirliyinin yaydığı xəbərə görə, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 21 mini ötüb. Onlardan 1546-sı uşaq, 4112-si isə tibb işçisidir. Virusdan ölənlərin sayı 623 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 6585-i tam müalicə olunaraq evlərinə buraxılıb.


Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.

Xəbər lenti