Xəzər Xəbər

İrəvan xanlığı dərindən öyrənilməlidir - İrəvan xanları nəslinin nümayəndəsi - VİDEO

Veb TV | 21:37 • 24 May 2020
İrəvan xanlığı dərindən öyrənilməlidir -

İrəvan xanlığının tarixi dərindən öyrənilməlidir.

Xezerxeber.az-ın məlumatına görə, bunu İrəvan xanları nəslinin sonuncu nümayəndəsi Əmir Əli Sərdar İrəvani deyib.

Hazırda Almaniyada yaşayan Əmir Əli Sərdar İrəvani tariximizdə silinməz izlər qoyan İrəvan xanlığının son xanı Hüseynqulu xanın nəslindəndir.

Sərdar İrəvani Tehranda doğulub və uşaqlıq dövrü bu şəhərdə keçib. Lakin sonra Almaniyaya üz tutub. Sonuncu dəfə keçən il Bakıya gələn İrəvani olduqca müsbət təəssüratlarla qayıtdığını deyir.

O, İrəvan xanlığının tarixini öyrənən alimlərlə yaxından dosluq edir. Onların tarixi araşdırmalarından olduqca məmnundur və nəslinin gördüyü işlərin təbliğinin daha da genişləndirilməsini istəyir. Əmir Əli Sərdar İrəvani deyir ki, onun kim olduğunu öyrənən hər bir azərbaycanlı ona böyük hömətlə yanaşır.

Əmir Əli Sərdar İrəvani bildirir ki, tariximizin bu hissəsi də hər kəs tərəfindən dərindən öyrənilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti