Xəzər Xəbər

Təkrar əkin aparan fermerlərə dəstək veriləcək - VİDEO

Veb TV | 20:54 • 24 May 2020
Təkrar əkin aparan fermerlərə dəstək veriləcək -

Azərbaycanda məhsul yığımı başa çatmış sahələrdə təkrar qarğıdalı əkinləri aparan fermerlərə dəstək veriləcək.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti təkrar qarğıdalı əkinləri üçün toxum təminatına dəstək məqsədilə 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat vəsait ayırıb.

Kənd Təsərrüfatı Nazirliyin şöbə müdiri Vüqar Hüseynovun sözlərinə görə, qarğıdalı toxumu almaq üçün nəzərdə tutulmuş vəsait elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlərə veriləcək.

Dövlət Statistika Komitəsinin mayın 1-nə olan məlumatına görə, bu il 21 min hektar sahədə yazlıq qarğıdalı əkini aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 % artıqdır. İqlim xüsusiyyətləri Aran iqtisadi rayonunda arpa biçini başa çatdıqdan sonra 100 min hektara yaxın sahədə təkrar qarğıdalı əkini aparmaq imkanı verir. Dövlətin verdiyi dəstək sayəsində təkrar əkin sahələrinin artacağı gözlənilir ki, bu da heyvandarlıqda yem tədarükün təşkilinə təsir göstərəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti