Xəzər Xəbər

ABŞ universitetlərinə 6 milyard dollar məbləğində yardım ayrılıb

Dünya | 16:18 • 10 Aprel 2020
ABŞ universitetlərinə 6 milyard dollar məbləğində yardım ayrılıb

ABŞ-ın təhsil naziri Betsi Devos bildirib ki, qrant kimi ayrılmış 6 milyard dollar koronavirus pandemiyası səbəbindən gündəlik tələbəlik fəaliyyətində yaranan uyğunsuzluqları aradan qaldırmaq üçün dərhal Amerika universitetlərinə və kolleclərinə paylanacaq.

Universitetlər hökumətdən alınan vəsaitləri böləndən sonra 6,28 milyard dollar məbləğindəki yardım tələbələr tərəfinfindən istifadə edəcək.

Ölkənin ali təhsil müəssisələri tələbələrə bu pullarla kurs materialları, texnologiya, ərzaq, mənzil, tibb və uşağa baxmaq kimi xərcləri ödəməkdə kömək etməyə borcludur. Maliyyələşdirici mənbə koronavirus dövründə fövqəladə yardım və iqtisadi təhlükəsizlik haqqında Qanunla təsdiq edilmiş ali təhsil sahəsinin fövqəladə yardım fondudur. Tramp tərəfindən imzalanmış bu qanun amerikalılara və ABŞ iqtisadiyyatına dəstək məqsədilə onları 2 trilyon ABŞ dolları məbləğində yardımla təmin edir. Qərar martın 27-də qüvvəyə minib.

Qeyd edək ki, artıq minlərlə ali təhsil müəssisəsi distant təhsilə keçib, lakin virusun yayılması universitet kampuslarında qalan tələbələr üçün böyük problemlər yaradır. Bununla yanaşı, müəssisələrin, tədris binalarının, kitabxanaların bağlanması da təhsilin tam qaydada davam etdirilməsinə mane olur. (AZƏRTAC)

Xəbər lenti