Xəzər Xəbər

Xristian din xadimləri İrana görə ABŞ Prezidentinə müraciət ediblər

Dünya | 13:58 • 10 Aprel 2020
Xristian din xadimləri İrana görə ABŞ Prezidentinə müraciət ediblər

Dünyanın din xadimləri ABŞ Prezidentinə müraciət edərək İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını xahiş ediblər.

Dünyanın 120 ölkəsində fəaliyyət göstərən kilsələri özündə birləşdirən Ümumdünya Kilsələr Şurası və Xristian Kilsələrin Milli Birliyi təşkilatları Prezident Donald Trampa məktub göndəriblər.

Din xadimləri bildiriblər ki, koronovirus bəşəriyyətin ümumi düşmənidir. Bu virus fərq qoymadan bütün insanları məhv edir. Bunun qarşısını almaq istiqamətində İran xalqına yardım etmək və sanksiyaların aradan qaldırılması zəruridir.

Nəzərə çatdırılıb ki, sanksiyalar İrana koronavirusa qarşı effektli mübarizə aparmağa imkan vermir.

Vaşinqton administrasiyası din xadimlərinin müraciətinə hələlik cavab verməyib. Lakin ABŞ-ın dövlət katibi Maykl Pompeo bəyan edib ki, İrana qarşı sanksiyalar nəinki ləğv edilməyəcək, heç yumşaldılmayacaq da. M.Pompeo İranın Beynəlxalq Valyuta Fondundan (BVF) 5 milyard dollar kredit almasına da imkan verilməyəcəyini bildirib.

Qeyd edək ki, İran koronavirusla mübarizəni davam etdirmək üçün BVF-dan 5 milyard dollar kredit istəyib.

Xəbər lenti