Xəzər Xəbər

Koronavirusdan zərər çəkmiş fərdi sahibkarlara maliyyə dəstəyi üçün onlayn müraciət qaydası açıqlanıb

İqtisadiyyat | 11:54 • 10 Aprel 2020
 Koronavirusdan zərər çəkmiş fərdi sahibkarlara maliyyə dəstəyi üçün onlayn müraciət qaydası açıqlanıb
Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi məqsədilə onlayn müraciətin tərtib olunması qaydası açıqlanıb. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən xezerxeber.az-a bildirilib ki, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergiödəyicilərinə şamil ediləcək. Dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürüləcək. Bu məqsədlə qeydiyyatda olan bütün vergiödəyicilərinin şəxsi elektron kabinetlərinə ("www.e-taxes.gov.az”) "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.

Vergiödəyiciləri maliyyə dəstəyi əldə etmək üçün internet vergi idarəsindəki şəxsi kabinetində "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən "Fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olaraq müvafiq müraciət formasını doldurmalıdır.

Xəbər lenti