Xəzər Xəbər

Türkiyədə terror aktı törədən dəstənin üzvləri həbs olunub

Dünya | 08:27 • 10 Aprel 2020
Türkiyədə terror aktı törədən dəstənin üzvləri həbs olunub

Aprelin 8-də Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunun Güleç məhəlləsində PKK tərəfindən törədilən ağır terror aktına görə 5 nəfər şübhəli şəxs qismində həbs olunub, daha bir nəfərin axtarışı davam edir.

Xezerxeber.az xəbər verir ki, həbs edilənlərin bəziləri əvvəllər də terror təbliğatı apardıqları üçün məsuliyyət cəlb olunublar.

Qeyd edək ki, törədilən terror aktı nəticəsində 5 mülki şəxs ölüb.

Xəbər lenti