Xəzər Xəbər

Psixoloq: “İnsanda ani boğulma, hərarət, titrəmə olarsa, o zaman...”

Cəmiyyət | 18:16 • 8 Aprel 2020
Psixoloq: “İnsanda ani boğulma, hərarət, titrəmə olarsa, o zaman...”

"İnsanlar koronavirusla bağlı çox narahat olurlar və bu da panik tutmaların yaranmasına gətirib çıxarır. Evdə qalan insanların psixoloji baxımdan təmkinli olmaları vacibdir”.

Bu sözləri Oxu.Az-a psixoloq Aytən Ələkbərova sosial şəbəkələrdə insanların neqativ paylaşımlarına münasibət bildirərkən deyib.

O qeyd edib ki, insanlar bunu bir məzuniyyət, istirahət kimi düşünməlivə karantin qaydalarına riayət etməlidirlər:

"Bəzi insanlar aktiv həyat tərzi keçirdiyi üçün bir anlıq onlara "evdə qal” şüarı boğucu gəlir. Amma bu, ölkədə yayılan koronavirus pandemiyasının qarşısını almaq üçün təhlükəsizlik məqsədilə təyin edilən karantin qaydasıdır. Buna mütləq şəkildə riayət etmək lazımdır. Evdə kitab oxumaq, ailə ilə birlikdə film izləməklə zaman keçirmək gözəldir. Bu, əslində ailə münasibətlərində problem yaşayan insanlar üçün əlverişli fürsətdir.

Təəssüf ki, bu vəziyyət yaz-yay aylarına təsadüf etdiyindən bəzi insanlarda mövsümi panik tutmalaryaranır. İnsanlarkoronavirusla bağlı özlərini bir çox hallarda səbəbsiz yerə qorxudurlar. Psixoloji cəhətdən insanlar özlərini təmkinli aparmalıdır. Çünkistress, gərginlik bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər”.

Psixoloq qeyd edir ki, boğulma, baş ağrısı və halsızlıq koronavirusun əlamətləri deyil:

"Dünən 12 nəfər xroniki konyunktivit əlaməti ilə müraciət edib. Özlərini qorxudurlar ki, koronavirusa yoluxublar. Əslində,belə deyil. Bilmək lazımdır ki, insan təşvişə düşəndə həyəcanlanır. Həyəcan səbəbindən bədəndə titrəmə olur. Ani olaraq hərarət gəlir, sanki ürəksıxılır, nəfəs almaqçətin olur. Panik tutmabir anda başlayır və 12-30 dəqiqə ərzində davam edir. İnsan düşünür ki, ürəyi boğazında döyünür, soyuq tərləmə olur, tez özlərini evdən çölə atmaq istəyirlər. Bu bir qədər çətinlik yarada bilir.

Bu zaman həmin insana 30 dəqiqə ərzində toxunmaq lazım deyil. Bu, sadəcə psixoloji gərginlik səbəbindən insanın özündə yaratdığı yalançı simptomlardır. Bir müddət sonra həmin şəxslərə izah olunmalıdır ki, bu, sadəcə psixolojidir. Heç bir xəstəlik yoxdur.

Mən psixoloq kimi tək yaşayan insanlarayaş qrupundan asılı olmayaraq, sosial şəbəkə vasitəsilə konsultasiyalar keçirəm. Canlı yayımlara yüzlərlə belə suallar gəlir. İnsanları sakitləşdirməyə çalışıram. İzah edirəm ki, evdə qalmaq infeksiyadan qorunmaq üçün ən vacib və effektiv çıxış yoludur. Onları da başa düşmək, dəstək olmaq lazımdır”.

A.Ələkbərova psixoloji vəziyyəti zəif olan insanların bu halda intihara belə cəhd edəcəyini də diqqətə çatdırıb:

"ABŞ-da bir cütlük koronavirus şübhəsi ilə əlaqədar testdən keçib. Cütlüyün psixoloji vəziyyəti zəif olduğu üçün cavablar çıxana qədər stresdən onlar özlərini yüksək mərtəbəli binadan ataraq intihar ediblər. Cavablar çıxanda isə onlarda heç bir xəstəliyin olmadığı bəlli olub. Hər kəs başa düşməlidir ki, təlaş, stress insanın sağlam düşünməsinə mane olur. Ona görə də insanlar sinir sistemlərini qorumalıdırlar.

Ötən gün xəstələrimdən biri mənə zəng edərək, artıq dözə bilmədiyini və intihar həddinə çatdığını dedi. Onu sakitləşdirməyə çalışdım. Çətinliklə olsa da, onun hər hansı çılğınlıq etməsinin qarşısını ala bildim. İnsanlar başa düşməlidir ki, bu xəstəlik tək Azərbaycanda deyil, bütün dünyada var. Epidemiyanın yayıldığı ölkələrdə karantin qaydaları tətbiq edilir. Bu xəstəliyin ölüm halı 2-3 faizdir. Sadəcə, gigiyenik normalara riayət edərək, ona qalib gəlmək olar”.

Xəbər lenti