Xəzər Xəbər

Məşhur müğənni mahnısının karantin versiyasını paylaşdı - VİDEO

Veb TV | 11:59 • 7 Aprel 2020
Məşhur müğənni mahnısının

Məşhur müğənni Ariana Qrande sosial şəbəkə hesabında "My Everything” mahnısının karantin versiyasını paylaşıb.

Bu barədə NME saytı məlumat yayıb.

Mahnını öz evində - karantin günlərində ifa edən müğənniyə prodüser Tommi Braun yardım edib.

"Tommi və mən sizinlə virtual sevgimizi paylaşırıq. Ümid edirəm ki, siz sağlamsınız, şüurlusunuz və maksimum dərəcədə yaradıcılıqla məşğulsunuz”, - mahnının yeni versiyasını təqdim edən müğənni bildirib.

oxu.az

Xəbər lenti