Xəzər Xəbər

Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirib

Dünya | 14:24 • 6 Aprel 2020
Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirib

Misirdə koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirib. 

35 yaşlı misirli qadın doqquzaylıq hamiləlik müddətində Qırmızı dəniz sahilindəki Hurhaqa şəhərindəki xəstəxanada COVID-19 virusundan on gün ərzində müalicə olunub. Tamamilə sağalandan sonra onun üzərində uğurlu qeysəriyyə əməliyyatı aparılıb. Xəstəxananın cərrah-ginekoloqu Radə Naccar bildirib ki, qadın özünü yaxşı hiss edir və Adəm adlı körpədən də koronavirus analizi götürülüb.

Misirdə iki gün əvvəl də COVID-19 virusuna yoluxmuş 30 yaşlı başqa bir hamilə qadın Esna xəstəxanasında karantin altına alınıb. Səkkizaylıq hamilə olan bu gələcək ananın da tam sağaldığı bildirilir. (AZƏRTAC)

Xəbər lenti