Xəzər Xəbər

Kolumbiya Venesuelanın koronavirusla bağlı yardımından imtina edib

Dünya | 09:05 • 6 Aprel 2020
Kolumbiya Venesuelanın koronavirusla bağlı yardımından imtina edib

Kolumbiya hökuməti Venesuelanın bu ölkəyə bağışlamaq istədiyi koronavirusu aşkarlayan test avadanlığından imtina edib.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriqes paytaxt Karakasda çıxışı zamanı bildirib.

O, həmçinin ölkəsində koronavirusa yoluxanların sayını da açıqlayıb. 

Qeyd edib ki, hazırda Venesuelada

Yeni virusa yoluxanların ümumi sayı 159-a çatıb.

Xatırladaq ki, cümə günü Venesuela Prezidenti Nikolas Maduro koronavirusla mübarizə çərçivəsində Kolumbiyaya kömək etməyə hazır olduğunu demişdi.

Məlumat üçün bildirək ki, Venesuelada koronavirusa ilk yoluxma hadisəsi martın 13-də qeydə alınıb. Martın 17-dən ölkə daxilində karantin tətbiq edilib.

Xəbər lenti