Xəzər Xəbər

Özbəkistanda xüsusi karantin rejimi elan edilib

Dünya | 09:37 • 5 Aprel 2020
Özbəkistanda xüsusi karantin rejimi elan edilib

Özbəkistan hakimiyyəti, COVID-19 virusunun yayılması ilə əlaqədar aprelin 6-dan etibarən xüsusi karantin rejimi elan edib.

Xezerxeber.az "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, vətəndaşlara məcburi təcrid rejimində şəxsi avtomobil, motosiklet, velosiped və skuterlərlə gəzinti qadağan edilib.

Qeyd edək ki, Özbəkistanda ilk dəfə COVID-19 diaqnozu martın 15-də qoyulub. Fransadan qayıdan bir qadında koronovirus infeksiyası aşkarlanıb.5 aprel bu saata qədər olan məlumatlara görə ölkədə 266 nəfər koronavirusa yoluxub, onlardan 2-i ölüb, 25-i isə sağalıb.

Xəbər lenti