Xəzər Xəbər

Karantin rejimini pozan şəxslər cərimələnib VİDEO

Veb TV | 19:43 • 4 Aprel 2020
Karantin rejimini pozan şəxslər cərimələnib

Bölgələrdə karantin rejimi qaydalarını pozanlar cərimələnib. Goranboyda 3 obyekt sahibi və 38 sakin barəsində inzibati protokol tərtib edilib. Xaçmazda da karantin rejimi qaydalarını pozan xeyli şəxsə rast gəlinib.

Karantin rejimini pozan şəxslər cərimələnib...

Goranboyda karonavirus təhlükəsi ilə bağlı karantin rejimi daha da gücləndirilib. Goranboyun giriş-çıxış hissələrində yerləşən müvəqqəti nəzarət postlarında və yaşayış məntəqələri ərazisində karantin rejiminin tələblərinə riayət etməyənlərə qarşı hüquqi tədbirlər görülür. Bu tədbirlər həm ticarət obyektlərinə, həm də vətəndaşlara aiddir. Yoxlamalar zamanı xeyli vətəndaşa xəbərdarlıq edilərək evə göndərilib.Eləcə də karantini rejimi qaydalarını pozduğuna görə 3 obyekt sahibi və 38 vətəndaş cərimələnib.

Xaçmazda da xüsusi karantin rejimini pozan şəxslər aşkarlanıb. Polis əməkdaşlarının keçirdiyi reydlər zaanı rayon ərazisində 10 obyektin qadağalara baxmayaraq fəaliyyətini davam etdirdiyi ortaya çıxıb.

Eləcə də bəzi sakinlərin təyin olunmuş polis postlarından kənardakı ara və köməkçi yollardan keçməyə cəhd göstərdikləri, həmçinin, zərurət olmadığı halda küçədə gəzdiyi aşkarlanıb.

Ümumilikdə 10 obyekt sahibi və 20 sakin karantin qaydalarını pozduğuna görə cərimələnib. Qaydaları pozan obyektlərin sahibləri polis şöbəsinə də dəvət edilib.

Ucarda da karantin rejimi qaydalarını pozanlara rast gəlinib. Rayon polis şöbəsinin əməkdaşları küçələrdə insanlarla söhbətlər aparıb və sakinlərə qaydalara əməl etmək barədə xəbərdarlıq edilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, səbəbsiz yerə küçələrə çıxan 12 nəfər barəsində isə inzibati protokol tərtib olunub.

Xəbər lenti