Xəzər Xəbər

Ziyalı və sənətçilər “Evdə qal” dedi VİDEO

Veb TV | 19:04 • 4 Aprel 2020
Ziyalı və sənətçilər “Evdə qal” dedi

Koronavirus pandemiyasının vüsət aldığı bir vaxtda real təhlükə ilə üz-üzə qalmamaq üçün Azərbaycanın tanınmış ictimai şəxsləri vətəndaşlarımıza videomüraciət ünvanlayıblar. ''XəzərXəbər''ə göndərilən videomüraciətdə həmin şəxslər həmvətənlərimizi zərurət olmadan evdən çıxmamağa çağırırlar.

Onlar zərurət yaranmadıqda evdən çölə çıxmırlar. Mənzillərində qalıb kitab oxuyur və yaradıcılıqla məşğul olurlar.

Xalq yazıçısı, Yazıçılar Birliyinin Sədri Anar Rzayev koronavirus təhlükəsini nəzərə alaraq, vətəndaşlara da evdə qalmalarını məsləhət görür. O, özü də karantin rejiminə tam riayət etdiyini və evdə keçirdiyi əsas vaxtını yaradıcılığa həsr etdiyini bildirir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də ''Xəzər Xəbər''ə göndərdiyi videomüraciətində vətəndaşları evdən çıxmamağa və xüsusi karantin rejiminin qaydalarına tam əməl etməyə çağırır.

Hərbi-vətənpərvərlik mahnılarının müəllifi və ifaçısı Şəmistan Əlizamanlı da insanları bu təhlükədən qorunmaq üçün qabaqlayıcı tədbir kimi vaxtlarını evdə keçirməyə çağırış edir.

Bütün tanınmışların ortaq çağırışı vətəndaşların evlərində qalmalarına köklənib. İndiki vəziyyətdə təhlükənin miqyasının azaltmağın əsas yolu da məhz budur.

Xəbər lenti