Xəzər Xəbər

Maska mübahisəsinə SON: taxmalıyıq, ya yox?

Cəmiyyət | 13:35 • 3 Aprel 2020
Maska mübahisəsinə SON:

"Hər kəsdə potensial virus varmış kimi davranmalıyıq”.

Bunu Türkiyənin məşhur professoru Dərya Unutmaz deyib.

Virusdan qorunmaq üçün tibbi maskadan istifadənin əhəmiyyətindən danışan professor bildirib ki, son nəticələr hər kəsi tədbir görməyə çağırır: "Bəzi statistikalara görə, 50% xəstə heç bir simptom büruzə vermir. Elə virusu yayanlar da onlardır. Buna görə də maska qətiyyətli şəkildə taxılmalıdır. 2 maska növü var: N95 və cərrahi. N95-i xəstələrlə birbaşa təmasda olanlar taxmalıdır. Bayıra çıxanlar və ictimaiyyət arasında olanlar cərrahi maskadan istifadə edə bilər. Maskalar sizdə virus varsa, bunu başqasına keçirmənizin qarşısını alır. Eləcə də, əksinə. Kimdə virus olduğunu bilmirik. İnfeksiya havada qalmır, amma qarşılıqlı təmas mövcuddur”.

Unutmazın sözlərinə görə, pandemiyadan qorunmaq üçün əllərin yuyulması vacibdir, amma bəzən bu kifayət etməyə bilər: "Gündə yüzlərlə yerlə təmas qururuq. Maska bu anlamda qoruyuculuğu artırır. Çinə baxın, bu işi ən çox araşdırmış ölkədir. Maskasız kimsə yoxdur. Eyni formada Cənubi Koreya və Honkonq da. Pandemiyanın yayılmasını yavaşladan faktorlardan biri maskadır. 10-20 faiz olsa da, bu, böyük rəqəmdir”./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
382 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti