Xəzər Xəbər

Karantin müddətində SMS-ə cavab gəlmədən evi tərk etmək olar? - VİDEO

Veb TV | 13:15 • 3 Aprel 2020
Karantin müddətində SMS-ə cavab gəlmədən

"Vətəndaşlar yaşadığı yeri yalnız SMS-əcavab gəldikdən sonratərk edə bilər”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, qısa müddətdə bu sistemə kütləvi müraciət olması gözlənilir:

"Ola bilər ki, cavab 10-15 dəqiqə gecikə bilər. Biz planlaşdırırıq ki, SMSbir saat ərzində vətəndaşlara çatdırılsın. Onlar öz işlərini planlaşdırarkən bir saat müddətini nəzərə alsınlar”.

O qeyd edib ki, vətəndaş müraciətdən sonra icazə üçün SMS almayıbsa, yaşadığı yerdən çıxa bilməz:

"Əgər SMS gəlməsə, çağrı mərkəzi ilə əlaqə saxlamalıdırlar. Eyni zamanda, vətəndaşın evindən çıxmasıüçün icazə verilmə məlumatı Daxili İşlər Nazirliyinin aidiyyəti sistemində də əks olunur.

Onlar evi tərk edən zaman polisicazə ilə bağlı məlumatı tələb etdikdə, öz SMS kodlarını və şəxsiyyət vəsiqəsini göstərməklə işlərini həll edib, evə qayıda bilərlər”.


Xəbər lenti