Xəzər Xəbər

Karantin rejimini pozan 41 ictimai-iaşə obyekti aşkarlanıb, 1 nəfərə inzibati həbs, 40 nəfərə cərimə tətbiq olunub

Gündəm | 12:02 • 2 Aprel 2020
Karantin rejimini pozan 41 ictimai-iaşə obyekti aşkarlanıb, 1 nəfərə inzibati həbs, 40 nəfərə cərimə tətbiq olunub

"Bütün səylərə baxmayaraq, bəzi vətəndaşlar karantin rejimini pozmağa cəhd gösitərirlər”.

Xezerxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

Rəis müavini deyib ki, bu gün karantin rejimini pozaraq işləməyə cəhd göstərən 41 ictimai-iaşə obyekti aşkarlanıb, 1 nəfərə inzibati həbs, 40 nəfərə cərimə tətbiq olunub: "Rayonlarda indiyə qədər polis postlarından keçməyə cəhd göstərən 12 nəfərə inzibati həbs, 1243-ə nəfərə cərimə tətbiq edilib”.

Xəbər lenti