Bu gündən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxal gömrük rüsumundan azad edilib.
Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə 2 mart 2020-ci il tarixli qərarında əksini tapıb.
Qərar bu gündən qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.
Qeyd edək ki, indiyə qədər reaktiv mühərriklər üçün TC-1 markalı yanacağa 15 faiz idxal gömrük rüsumu tətbiq olunub.
Qərara əsasən, KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin də 15 faiz idxal gömrük rüsumundan azad olunub.
Eyni zamanda bu gündənNazirlər Kabinetinin"Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı 2 mart 2020-ci il tarixli qərarı ilə TC-1 markalı reaktiv mühərrik yanacağı üçün aksiz dərəcəsi 80 dəfə azaldılıb.
Bununla da TC-1 markalı reaktiv mühərrik yanacağı üçün aksiz dərəcəsi 1 ton üçün 80 manatdan 1 manata endirilib.
Digər reaktiv mühərrik yanacaqları üçün isə aksiz dərəcəyi 1 ton üçün 80 manat səviyyəsində saxlanılıb.
KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinlə bağlı da aksiz dərəcəsi 1 ton üçün80 manatdan 1 manata endirilib. Digər məqsədlər üçün kerosinin 1 tonu üçün 80 manat aksiz dərəcəsi isə qüvvədə saxlanılıb.
Qərar bu gündən qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.