Xəzər Xəbər

Bölgələrdə karantin qaydalarına nəzarət daha da gücləndirilib - VİDEO

Veb TV | 20:18 • 1 Aprel 2020
Bölgələrdə karantin qaydalarına nəzarət daha da gücləndirilib -

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhali arasında fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılmasına baxmayaraq, hələ də bu tələbləri bilərəkdən pozan vətəndaşlar var.

Xezerxeber.az-ın məlumatına görə, Tovuz rayon polis şöbəsinin əməkdaşları belə şəxslərə qarşı əhalinin sıx toplaşdığı ərazilərdə, park və xiyabanlarda reyd keçirib.

Sakinlərə xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri tövsiyə edilib, əks halda, inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqları onların nəzərinə çatdırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Lənkəranda da tədbirlər davam etdirilir.

Bu gündən etibarən isə Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidmətinin (DSX) bir qrup hərbi qulluqçusu polislə birlikdə karantin qaydalarına nəzarət etməyə başlayıb.

Yevlax rayonunda istirahət mərkəzləri, parklar və digər əyləncə mərkəzləri xüsusi lentlə bağlanmaqla vətəndaşların daxil olması qadağan edilib. Polis əməkdaşları müəyyən istiqamətlərdə karantin rejimi tələblərini pozan vətəndaşları müəyyən edərək onlara ciddi xəbərdarlıq edib.

Bəzi rayon sakinləri isə bəhanələr edərək polisdən uzaqlaşmağa çalışıblar.

Şəkidə isə rayon mərkəzi ilə yanaşı ayrı-ayrı kəndlərdə də xüsusi karantin qaydalari ilə bağlı tədbirlər görülüb. Polis tərəfindən cağırışlara məhəl qoymayan sakinlərə, eləcə də obyekt sahiblərinə xəbərdarlıqlar olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti