Xəzər Xəbər

Karantin qaydalarını pozan kafe sahibi həbs edilib, müştəriləri cərimələnib - VİDEO

Veb TV | 19:18 • 1 Aprel 2020
Karantin qaydalarını pozan kafe sahibi həbs edilib, müştəriləri cərimələnib -

Bakıda xüsusi karantin qaydalarını pozan kafe sahibi həbs edilib, müştəriləri isə cərimələnib.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. Həmin kafenin sahibi, paytaxt sakini Elgiz Rəhimov və kafedə olanlar polis bölməsinə gətirilib.

Kafedə olan 7 nəfər müştəri barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.

Kafenin sahibi Elgiz Rəhimov isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti