Xəzər Xəbər

Yeni koronavirusa qarşı bu dərmanın sınaqları keçirilir - FOTO

Dünya | 11:30 • 1 Aprel 2020
 Yeni koronavirusa qarşı bu dərmanın sınaqları keçirilir  -

Yaponiyanın "Fujifilm Toyama Chemical” farmakoloji şirkəti yeni koronavirusun simptomlarına qarşı istifadə edilməsi nəzərdə tutulan tibbi dərmanın sınaqlarına başlayıb.

Şirkət yeni koronavirusa qarşı istifadəsi planlaşdırılan "Avigan” preparatı bu virusa yoluxmuş təqribən 100 nəfər üzərində sınaqları iyunadək davam etdirməyi nəzərdə tutur.

Qeyd edək ki, "Avigan” preparatı altı il bundan əvvəl qripin müalicəsi üçün hazırlanıb. Ciddi əlavə təsirlərə malik olduğuna görə, həmin dərmandan yalnız hakimiyyət strukturlarının icazəsi ilə istifadə edilə bilər.

Çinli alimlərin bildirdiyinə görə, yeni koronavirusa yoluxmuş xəstələr üzərində aparılan kliniki sınaqlar həmin dərmanın müsbət təsir göstərdiyini təsdiq edib. (AZƏRTAC)

Xəbər lenti