BMT-nin doqquz əməkdaşı Cenevrədə koronavirusa yoluxub.
"TASS” xəbər verir ki, bu haqda təşkilatın Cenevrədəki qərargah-mənzilinin nümayəndəsi Alessandra Veluççi məlumat yayıb.
Qeyd etmək lazımdır ki, yoluxanların adları barədə məlumat verilmir.
Söhbət BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının və digər qurumların əməkdaşlarından gedir.