Xəzər Xəbər

Azərbaycanda inanılmaz hadisə Evdən 1,2 milyon pul apardılar

Hadisə | 13:48 • 31 Mart 2020
Azərbaycanda inanılmaz hadisə

Cəlilabad rayonunda evdən külli miqdarda pul oğurlamış şəxs tutulub.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1.200.000 rubl (31.800 manat), 19.500 ABŞ dolları və 15.000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.İbayev saxlanılıb.

Tutulan şəxs ətrafında əlavə araşdırmalar aparılır.

Xəbər lenti