Xəzər Xəbər

Xaçmazlı dərzidən koronavirusla bağlı ÖRNƏK ADDIM

Cəmiyyət | 13:23 • 31 Mart 2020
Xaçmazlı dərzidən koronavirusla bağlı

Azərbaycanın Xaçmaz rayonundan olan dərzi Aynur Ağabalayeva yerli insanlar üçün tibb maskalar tikməyə başlayıb.

Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) verilən məlumata görə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən ‘Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi’ layihəsi çərçivəsində A.Ağabalayevaya moda evinin inkişafı üçün təqdim olunan tikiş maşınları və parça materiallardan istifadə etməklə və işçiləri yüzlərlə üz maskaları hazırlayaraq yerli sakinlər arasında paylayıblar.

A.Ağabalayeva dərzi atelyesinin xəstəxananın yaxınlığında olduğunu və üz maskaları olmayan bəzi xəstələrin xəstəxanaya buraxılmadığının şahidi olduğunu bildirdi: "Koronavirus pandemiyası Xaçmazda da üz maskaları çatışmazlığına səbəb olub. Buna görə üz maskalarını tikib insanlara paylamaq qərarına gəldim ki, onlar tibbi müayinələrdən keçmək imkanı qazansınlar".

O, digər dərzilərin də bu təşəbbüsə qoşulacağına inandığını qeyd etdi.

BMqT-nin Azərbaycan nümayəndəliyi 2018-ci ildən etibarən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə ‘Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi’ layihəsini həyata keçirir. Bu layihə həssaslığı ilə seçilən əhali qruplarının tənzimlənməyən miqrasiya, insan alveri, əməyin istismarı, məcburi əmək, eləcə də, zorakı ekstremizm və radikallaşma qurbanına çevrilməsinin qarşısının alınması, onların sosial-iqtisadi rifahının artırılması məqsədini daşıyır.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
526 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti